Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtda tələbələr arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirildi
Sumqayıtda tələbələr arasında Nə? Harada? Nə zaman? intellektual oyunu keçirildi

Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş universitetin fakültələrarası bilik yarışı təşkil edildi. Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, gəncləri intellektual fəaliyyətə cəlb etmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirmək, sağlam elmi rəqabət mühiti yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Tədbirdə Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, universitetin Tələbə Gənclər Təşkilatının sədri Nicat Hüseynov və sədr müavini Eldar Müzəffərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara etimad göstərdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər. 
Nə? Harada? Nə zaman? bilik yarışında ümumilikdə 48 nəfər olmaqla 8 komanda iştirak etdi. Yarışın sonunda Filologiya fakültəsinin komandası I, Tarix və coğrafiya II, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə III yeri tutdu.
Qalib komandalar Baş İdarənin diplom, kubok, medal və hədiyyələri ilə təltif edildilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az