Əsas səhifə | Xəbərlər | “Sumqayıt Gənclərinin Debat Forumu: Payız 2016” finalı keçirildi
“Sumqayıt Gənclərinin Debat Forumu: Payız 2016” finalı keçirildi

Dekabrın 2-də universitetimizdə Azərbaycan Respublikası  İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Sumqayıt Dövlət Universitetinin Debat Klubunun dəstəyi ilə “Sumqayıt Gənclərinin Debat Forumu: Payız 2016” finalı keçirildi. “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusunda karl popper debat formatında təşkil olunan final oyununda Tarix və coğrafiya fakültəsinin  “İstiqamət Bermuda” Kimya və biologiya fakültəsinin “Cəmil və onun dostları” komandaları bilik savaşında qarşılaşaraq qalib oldular. Qeyd edək ki, təklif olunan mövzunun müzakirəsində əsas məqsəd sahibkarlığın inkişafında proteksionizmin, yəni “sahibkarı qoruma” siyasətinin rolunu müəyyənləşdirilməsidir.
Tədbirdə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor  dosent Qafar Atayev, Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov iştirak edərək gənclərin inkişafında müxtəlif formatlarda təşkil olunan debat yarışlarının əhəmiyyətindən və  burada müzakirə olunan aktual mövzularla gənclərin dünyagörüşünün artırılması və gücləndirilməsini xüsusilə vurğuladlar.
Tələbə Gənclər Təşkilatının sədri Nicat Hüseynov çıxış edərək keçirilən bu kimi debatların gənclərin inkişafında müstəsna rol oynadığını, belə layihələrin gələcəkdə də reallaşdırılacağına əminliyini ifadə etdi. Sonda komanda iştirakçılarına sertifikat təqdim edildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az