Əsas səhifə | Xəbərlər | Elmi Şuranın iclası keçirildi
Elmi Şuranın iclası keçirildi

Noyabrın 30-da Elmi Şuranın növbəti iclası keçirildi.İclası Elmi Şuranın sədri, rektor  professor Elxan Hüseynov açaraq SDU-da müxtəlif sahələrdə aparılan islahatlar, görülən işlər və bunun nəticəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verdi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Rektor universitetin Humanitar məsələlər üzrə  prorektoru dosent Nizami NamazovuSumqayıt şəhər Təhsil şöbəsinə  müdir təyin olunması münasibətilə təbrik etdi ona işlərində uğurlar arzuladı.
Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynovçıxışı və gündəliyə dair hesabatı dinlənildi.   Kollokviumların nəticələri və dərslərə davamiyyət barədə Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov geniş məlumat verdi.
Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri professor Şirxan Səlimovun və Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyevin, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanovun  kafedralarda görülən tədris-metodiki və elmi işlərin  hesabatları dinlənildi və qənaətbəxş hesab edildi.
2017-ci ildə universitetdə keçiriləcək konfransların layihəsi haqqında Elmi hissənin müdiri dosent Qadir Mənsurov məruzə ilə çıxış etdi və müvafiq qərarlar qəbul edildi.
İclasda Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov 6-20 Noyabrda Fransanın paytaxtı Paris şəhərində yerləşən İncəsənət və Sənətkarlıq üzrə Milli Konservatoriyada (Le Cnam – KNAM )  ERASMUS+ (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı)  layihəsi çərçivəsində təşkil olunan təlimlərdə iştirakıvə sertifikata layiq görülməsi barədə məlumat verdi.
Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Məhəmmədəli Zərbəliyev də öz səfər təəssüratını bölüşdü: “Bərk cisimlər fizikasının aktual problemləri – 2016” mövzusunda  Beynəlxalq elmi konfrasda (FTT – 2016) iştirak etmək məqsədi  ilə 21-26 noyabr tarixində Belarusiyanın paytaxtı Minsk şəhərində  elmi ezamiyyətdə oldu. Burada paralel olaraq eyni vaxtda “Nanostruktur materiallar – 2016: Belarusiya – Rusiya Ukrayna” (NANO – 2016) Beynəlxalq elmi konfransı da keçirilirdi. Konfrans Belarusiya MEA, materialşünaslıq üzrə BMEA EPM və Belarusiya Respublikasının fundamental tədqiqatlar fondu tərəfindən təşkil olunmuşdu.Ümumiyyətlə, 16 müxtəlif ölkədən nümayəndələr gəlmişdi. Konfransda iclaslararası fasilələrdə Belarusiya Dövlət Universitetinin Fizika fakültəsində də oldum, tədrisin gedişi, tədris və elmi – tədqiqat laboratoriyaları ilə maraqlandım, Yarımkeçiricilər fizikası və nanoelektronika kafedrasının müdiri, professor Vladimir Borisoviç Ocayevlə tanış oldum və ondan fakültə barədə maraqlı məlumatlar aldım.
Cari məsələlərin müzakirəsi ilə Elmi Şura öz işini yekunlaşdırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az