Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mini - futbol turnirinə yekun vuruldu
Mini - futbol turnirinə yekun vuruldu

Milli Müstəqilliyin əldə olunmasının 25-ci ildönümü münasibəti ilə universitetimizin I kurs tələbələrinin fakültələrarası  3 növ üzrə (stolüstü tennis, şahmat, mini -futbol)  üzrə yarışlar keçirildi. Noyabrın 3-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin və İdman Klubunun təşkilatçılığı ilə keçirilən mini futbol turnirinə yekun vuruldu. Birincilik uğrunda gedən yarışda yeddi fakültənin komandaları qüvvələrini sınadılar. Komandalar arasından final mərhələsinə Filologiya, Tarix və coğrafiya, Kimya və biologiya və İqtisadiyyat və idarəetmə fakültələrinin komandaları vəsiqə qazandı. Öncə 3-cü yer uğrunda Kimya və biologiya  İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları üz-üzə gəldi. Burada Kimya və biologiya  fakültəsinin  futbolçuları meydandan qalib ayrıldılar. Daha sonra birincilik uğrunda Tarix və coğrafiya ilə Filologiya fakültələrinin komandaları qarşılaşdılar. Daha yaxşı oyun nümayiş etdirən Filologiya fakültəsinin komandası I yerə layiq görüldü. Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi.
Mərasimdə Humanitar Məsələlər üzrə prorektor dosent Nizami Namazov həvəskar futbolçuları təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. Bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idman və Olimpiya Hərəkatı uğurla  inkişaf edir, yaxşı nəticələr əldə olunur və gələcəkdə böyük perspektivlər vəd edir.
İdman klubunun müdiri Zakir Məmmədov çıxış edərək qeyd etdi ki,  mini futbol turniri layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir.
Sonda qalib komanda  kubok və diplomlarla təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az