Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İspaniyanın Malaqa Universitetinin nümayəndəsi qonağımız oldu
İspaniyanın Malaqa Universitetinin nümayəndəsi qonağımız oldu

Sentyabrın 19-u “Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişafı və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsi çərçivəsin SDU-da layihənin keyfiyyətinə nəzarət və monitorinq görüşü keçirildi. Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri, Avropa layihələri üzrə ekspert, İspaniyanın Malaqa Universitetinin Beynəlxalq əlaqələr prorektorluğunun nümayəndəsi Juan Antonio Martin, SDU tərəfdən layihənin koordinatoru, professor Nigar İsgəndərova, BƏŞ-nin müdiri dosent Turqay Hüseynov, layihənin tədqiqatçısı S.Məmmədova, Linqvistik Mərkəzin metodisti Rəşad Vəliyev, Karyera Mərkəzinin əməkdaşı Leyla Ələkbərova iştirak edirdi. Görüş zamanı layihənin həyata keçirilməsi dönəmində əldə olunan nailiyyətlər, yeniliklər, Avropa təcrübəsinə əsaslanan yeni strategiyanın qurulması, layihənin təşviqatı kimi məsələləri müzakirə edildi.
Qeyd etmək lazımdır ki, monitorinqin nəticəsinə görə SDU TEMPUS UNİVİA layihəsinin 3 illik dönəmində uğurla iştirak etmiş, müsbət rəy qazanmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az