Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə Bilik günü qeyd edildi
Universitetimizdə Bilik günü qeyd edildi

15 sentyabr – Bilik Günü münasibətilə Sumqayıt Dövlət Universitetində tədbir keçirildi. Universitet qapılarını tələbələrinin üzünə açdı. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, professor-müəllim və tələbə heyətini Bilik günü münasibəti ilə təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı. Tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan rektor, 2016/2017-cı tədris ilində universitetə tələbə qəbulunun səviyyəsinin artdığını, əvvəlki tədris illəri ilə müqayisədə birinci kursa qəbul olunmuş tələbələrin daha yüksək bal topladıqlarını diqqətə çatdırdı. Universitetin 55 illik şərəfli bir yol keçdiyini qeyd edən rektor bu ali təhsil ocağının yaranma tarixindən, təhsil  və elm sahəsində əldə olunan nailiyyətlərdən söz açdı. Bildirdi ki, bugünkü nailiyyətlərin əldə edilməsi uzun illərdən bəri universitetimizin əməkdaşlarının apardıqları elmi axtarışların, gərgin əməyin sayəsində mümkün olmuşdur. Rektor vurğuladı ki, universitetimiz texniki baza baxımından çox zəngindir. Bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmiş və Linqvistik Mərkəz fəaliyyətə başlamışdır. Bütün laboratoriya və tədris otaqları yeni cihaz, avadanlıqlarla təchiz olunmuşdur. Tələbələrimizə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə əlimizdən gələni edirik. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsil siyasətini bu gün  dövlət başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Hal-hazırda yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkəmizin intellektual potensialının əsasını təşkil edir.
Rektor qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrə tələbə biletləri təqdim etdi. Tələbələr də çıxışlarında şəhərimizin yeganə ali təhsil müəssiəsi olan Sumqatıt Dövlət Universitetini seçdiklərindən fəxr hissi keçirdikərini və bu təhsil ocağının adını  daima yüksək tutacaqlarını bildirdilər.
Bilik Gününə həsr olunmuş tədbirdə universitetin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağ  SDU-nun tələbəsi adını qazanmış gəncləri təbrik etdi.
Valideynlər adından Tarix və coğrafiya fakültəsinə yüksək balla qəbul olmuş Əziz İsayevin anası Könül İsayeva tələbələrə xoş arzularını çatdırdı. Sonra Fizika və elektroenergetika fakültəsini əla qiymətlərlə bitirən və universitetdə laborant kimi saxlanılan Ülkər Musayeva çıxışında universitetin rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi və bu ali təhsil ocağında yaxşı oxuyan tələbələrə yüksək qiymət verildiyini diqqətə çatdırdı.
Tədbirin sonunda universitetin marşı səsləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az