Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz açıldı
SDU-da ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz açıldı

Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində  ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi.
İlk öncə universitetin foyesində ucaldılmış Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu.  
SDU-nun tələbələrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni  canlı səsləndirildi. Sonra Sumqayıt Dövlət Universitetində yaradılmış Heydər Əliyev Mərkəzinin açıışı oldu.
Təhsil nazirinin müavini Firudun Qurbanov, Sumqayıt  şəhər  İcra Hakimiyyətinin  başçısının müavini Elgin Həbibullayev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdilər.
Mərkəzlə tanış olan qonaqlar və universitetin kollektivi Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu   Heydər Əliyevin qranitdən hazırlanmış barilyefi, ona aid kitablar və sənədlərlə tanış oldular. Mərkəzdə  Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illər fotolarda slayd şəklində öz əksini tapmışdır. Universitetin foyesində Prezident  İlham Əliyevə həsr olunmuş foto güşə tədbir iştirakçılarının diqqət və marağına səbəb oldu.
Tədbirdə SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək  bildirdi ki, istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, əvəzsiz siyasət dahisi, cəsur insan  və ən böyük vətəndaş kimi qalmışdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun  və milli inkişaf strategiyasının müəllifidir. Bu gün  Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti  və xidməti  olmasın.
Onun xalq üçün gördüyü, sadalanması mümükün olmayan başqa neçə-neçə tarixi xidmətləri, fədakarlıqları var. Təkcə bu misal Ümummilli Liderin həm yaddaşımızda, həm də azərbaycanlıların qəlbində tutduğu müstəsna tarixi yer haqda təsəvvür əldə etməyə imkan verir. Həm də göstərir ki, Heydər Əliyevin xidmətləri dünya siyasi sistemlərində müəyyən edilən “milli lider” çərçivəsinin  hüdudlarına sığmır.
Rektor çıxışında  vurğuladı ki, universitetimizdə belə bir  Mərkəzin açılışı   Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində, tələbələrin həyatında mühüm rol oynayacaq. Bu elm məbədinin tarixi  keçmişinə qısa nəzər salsaq görərik ki, binanın daş yaddaşı belə Heydər Əliyevin imzaladığı fərman və sərəncamı ilə möhürlənib. Uzun illər Azərbaycan Sənaye İnistitutu  olan bu təhsil ocağı 13 iyun 2000-ci ildən Sumqayıt Dövlət Universiteti  kimi fəaliyyət göstərməsinin səbəbi  Ulu öndər  Heydər Əliyevin müstəqillik illərində də elm və təhsilin inkişafını daim diqqətdə saxlamasının bariz nümunəsidir. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmişdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az