Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gələcəyin ekoloqları ilə tədrisin son dərs günü…
Gələcəyin ekoloqları ilə tədrisin son dərs günü…

Bu gün Kimya və biologiya fakültəsinin III kurs 366 qrup Ekologiya mühəndisliyi ixtisasının tələbələri ilə AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Valeh Cəfərovla tədrisin son dərs günü ilə əlaqədar gözəl bir gün oldu.
Tədris ili boyunca Valeh müəllim tədris etdiyi “ətraf mühitin mühafizəsinin texnoloji əsasları” və “ekoloji monitorinq” fənlərindən bizi xeyli məlumatlandırmış, bütün semester boyu dərslərdən əlavə maarifləndirici, eləcə də şəhərimizin ekologiyasının yaxşılaşdırılması kimi mövzularda xeyli gözəl söhpətlər etmişdir.
Bu tədris ili boyunca ondan elmlə yanaşı, bir çox mövzular haqqında çox gözəl məlumatlara sahib olduq. Valeh müəllim hər dərs olduğu kimi bu gün də bizə çox isti münasibət göstərdi və eləcə də respublikamızın ekologiyasını , nəinki respublikamızın ümumilikdə ekologiyamızı sevməyimiz və qorumağımız, onun keşiyində qalmağımız haqqında çoxlu məsləhətlər verdi. Buna görə ona bütün qrup adından çox, çox təşəkkür edirik.
Çox inanırıq ki, yaxın illərdə bakalavr təhsilimizi bitirdikdən sonar magistr təhsili alaq və doktorluq dərəcəsinə qalxaraq müəllimlərimizin ümidlərini doğruldarıq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az