Əsas səhifə | Xəbərlər | İnzibati işçilər üçün təlim-seminar
İnzibati işçilər üçün təlim-seminar

SDU-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-TEMPUS layihəsi çərçivəsində  universitetin inzibati işçi heyəti üçün  təlim-seminar keçirildi. Seminarın məqsədi layihə, Avropa təcrübəsi, Mərkəz, mövcud qanunvericilik qaydaları, tədris prosesi zamanı müxtəlif əlilliyi olan tələbələrlə necə işləmək və onlara yanaşmalar və “İnklüziv və xüsusi təhsil anlayışı” mövzusunda maarifləndirmə aparmaqdan ibarət idi.
Tədbirdə layihənin SDU üzrə koordinatoru dosent Turqay Hüseynov  təqdimatla çıxış edərək layihə çərçivəsində əldə olunmuş Avropa təcrübəsi,  İnklüziv və xüsusi təhsilin dərki, əlillərə yanaşmalar, onlarla işləmək qaydaları  haqqında iştirakçılara ətraflı məlumat verdi.
Sonra universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov çıxış edərək layihənin respublikamız üçün xüsusi vacibliyini qeyd edərək universitetdə fəaliyyət göstərəcək mərkəzin bütövlükdə şimal  bölgəsi üçün perspektiv əhəmiyyətli olduğunu bildirdi. Professor onu da vurğuladı ki,  cəmiyyətimizdə olan müxtəlif fiziki məhdudiyyətli şəxslərin içərisində xüsusi istedada malik insanlar var və onların cəmiyyətdə mühüm rol oynayacaqlarını nəzərə alaraq belə layihələrin gerçəkləşdirilməsi böyük önəm daşıyır.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, layihənin sonrakı  davamlılığı üçün müxtəlif fikir və təkliflər səsləndirildi.
Tədbirdə universitetin Karyera Mərkəzi, Elmi Hissə,  İnformasiya Hesablama Mərkəzi, Magistratura və Doktorantura şöbəsi, Tələbə Elmi Cəmiyyəti, Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti, Filologiya fakültəsi, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və digər şəxslər iştirak etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az