Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ENACTUS beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdı
ENACTUS beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdı

Dosent İslam Paşayev: İnanıram ki, təqdim etdiyimiz layihə ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək.
İstənilən Tədris Mərkəzi tələbələrinin intellektual potensialı ilə digərlərindən seçilir, nümunə olur. Mayın 26-27 -də Tələbə Elmi Cəmiyyətinin üzvlərindən ibarət SDU-nun  ENACTUS komandası  II yerə layiq görüldü. Bu barədə  Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, komandanın baş məsləhətçisi İslam Paşayev sevincini bizimlə bölüşərək qeyd etdi ki, artıq 11 ildir ki, “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı Azərbaycanda fəaliyyət göstərir. Enactus sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq proqramdır. Fakültə məsləhətçiləri, akademik liderlər və biznes mütəxəssislərin rəhbərliyi ilə, iştrakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə sosial biznes yönümlü layihələri yaratmaq və həyata keçirtmək üçün hər bir universitet komanda formalaşdırır. Bu təcrübə nəinki həyatları dəyişir, həmçinin sabahın dəyərli və təsirli liderləri olmaq üçün lazım olan perspektivləri və bacarıqları inkişaf etdirməyə kömək edir. Proqramın kulminasiyası, komandalar üçün layihələrin nəticələrini təqdim etməkdə forum rolunu oynayan və biznes liderlərinin hakim kimi onları qiymətləndirdiyi illik Milli yarışdır. Çempion komanda Dünya Kuboku uğrunda yarışa iştirak hüququnu qazanır. Bunun üçün də hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq Universitet komandaları arasında ilk öncə Milli Yarış keçirilir. Qalib gəlmiş komanda isə “World Cup” yarışına vəsiqə qazanır.
ENACTUS komandası artıq iki ildir ki, bu proqrama qatılmış, “Panda School – Məktəbəqədər Hazırlıq Mərləzi” layihəsi ilə çıxış edərək, sertifikat və mükafata layiq görülmüşdür. Dosent İslam Paşayev onu da qeyd etdi ki,  ENACTUS proqramı çərçivəsində SDU-nun ENACTUS komandasının müəllim və tələbələrdən ibarət işçi heyəti  mayın 15-də Şabran şəhərində oldular. Səfərin məqsədi XI ENACTUS Milli yarışında iştirak etdikləri “Ölkənin ərzaq təhlükəsizliyinin həll istiqamətində təbii yem – qoza” layihəsinin iş planına uyğun olaraq təklif olunan yemin göstərdiyi nəticəni təhlil etmək, gedən prosesləri foto və video çəkilişlərini həyata keçirtməkdən ibarətdir. Dosent İslam Paşayev: İnanıram ki, təqdim etdiyimiz layihə ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək.
Ənənəvi olaraq bu il də Monolit Plazada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə XI Milli Yarış keçirildi. Yarışda  Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-a Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun nümayəndələri, Azərbaycanın öndə gedən şirkət və bankları iştrak etdilər. Enactus Azərbaycan Milli Yarışında 12 komanda iştrak etdi. İlk gün Monolit Plazada “ENACTUS  Azərbaycan” Milli Yarış mərhələsinin açılışı, komandaların keçidi və püşk atma mərasimi oldu. Yarışın ikinci günü Monolit Plazada 2015 – 2016 –cı akademik il üzrə ENACTUS komandalarının yarışı keçirildi. Yarışda ENACTUS komandaları yarışdıqları layihələri və onların real nəticələrini təqdim etdilər. “ENACTUS Azərbaycan” XI Milli Yarışında 5 komanda “ Enactus Azərbaycan Çempionu- 2016” adı uğrunda mübarizə apardı. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası I , Sumqayıt Dövlət Universiteti isə II oldu. Hər iki universitet kubok və diploma layiq görüldü. Komandanın kapitanı İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Fəqan Qocayev, İqtisadi məsələlər üzrə məsləhətçi dosent Şəfiqə Məmmədova komandanın adından rektorumuz professor Elxan Hüseynova göstərdiyi diqqət və qayğıya, yaradılan şəraitə görə komanda adından dərin  təşəkkürümüzü bildiririk. Yarışda həmçinin birinci və ikinci yerlərlə yanaşı 5 nominasiya üzrə layihələr dəyərləndirildi.
Burada "Ən Yaxşı İnnovasiya" nominassiyası üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Life Keeper" layihəsi, "Ən Yaxşı Biznes Layihəsi" nominasiyası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin "Perfect Pictures" layihəsi, "Ən Yaxşı Sahibkarlıq Yanaşması" nominasiyası üzrə universitetimizin "Qoza" layihəsi, "Ən Yaxşı Sosial layihə" nominasiyası üzrə Gəncə Dövlət Universitetinin "Gəncə Suvenirləri " layihəsi, "Ən Yaxşı İT layihəsi" nominassiyası üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Gaf.Card" layihəsi qalib gəldi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az