Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Milli Dirçəliş Günü” və “Beynəlxalq Tələbə Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir
“Milli Dirçəliş Günü” və “Beynəlxalq Tələbə Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Televiziyasının “Müasir Azərbaycan Gənci” verlişinin aparıcısının iştirakı ilə “Milli Dirçəliş Günü” və “Beynəlxalq Tələbə Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Öncə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesində ucaldılmış  büstü önünə gül dəstələri düzərək dərin etiramlarını bildirdilər.
Bayram tədbiri universitetin  böyük akt zalında başladı.
Öncə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov tədbir iştirakçılarını Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun adından təbrik etdi.
Prorektor təhsil və savadlılıq məsələlərinə toxunaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətində təhsil əsas prioritetlərdən birinə çevrilmişdir. Mən əminliklə söyləyə bilərəm ki,  yalnız təhsilli, savadlı  insanlar həm ölkəsini, həm də özünü inkişaf etdirə bilər.  Bu səbəbdən də dövlətimiz gənclərimizin xaricdə təhsil almaları üçün  Avropanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Son dövrlər  universitetimizdə aparılan islahatlar nəticəsində dünyanın aparıcı təhsil ocaqları ilə beynəlxalq əlaqələrimiz daha da genişlənir.
Vurğuladı ki, bu gün Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün hərtərəfli  şərait yaradılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, gənclər üçün intellektual klubların təsis olunması, gənclərin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti və qayğısının nümunəsidir.
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək universitetin professor-müəllim və  tələbə heyətini hər iki bayram münasibətilə təbrik etdi. Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev də daxil olmaqla,  Şuranın 13 üzvünə  Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının diplomlarını və müxtəlif hədiyyələrini təqdim etdi.
Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyev çıxış edərək təmsil etdiyi təşkilatın adından universitetin rəhbərliyinə və tədbirin təşkilatçılarına  öz təşəkkürünü bildirdi.    
Tədbirin sonunda Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri  Şahin İsmayılova , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdiyevə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Ceyhun Hüseynova,    Azərbaycan Televiziyasının Müasir Azərbaycan Gənci (MAG) verlişinin aparıcısı  Xəyalə Hüseynliyə və tədbirin bütün iştirakçılarına  öz minnətdarlığını bildirdi.
Bayram tədbiri universitetin “Səma” ansamblının maraqlı və rəngarəng çıxışları və dəvət olunmuş ayrı-ayrı müğənnilərin çıxışları ilə  başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az