Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Kağız və Karton İstehsalı ilə tanış oldular
Tələbələrimiz Kağız və Karton İstehsalı ilə tanış oldular

Karyera Mərkəzinin təşkilatçılığı ilə bir qrup tələbəmiz Azərbaycan Kağız və Karton İstehsalı Kombinatında oldular. Onları burada loqistika müdiri Kamal Süer qarşıladı. Görüşdən məmnunluğunu ifadə edən Kamal bəy Azərbaycanın kağız və karton istehsalı kombinatının sosial layihə çərçivəsində yaradıldığını vurğulayaraq məqsədlərinin ekoloji cəhətdən təmiz şəhər və ətraf mühitin yaradılması olduğunu bildirdi.
Karyera Mərkəzinin müdiri Zahid Bünyadov bildirdi ki, SDU-da tədris edilən nəzəri biliklərin praktik şəkildə istehsalat prosesində əks etdirməsini tələbələrimizin canlı müşahidə etməsi təqdirəlayiqdir.
Şirkət haqqında məlumat verən Kamal Süer tətbiq edilən texnoloji avadanlıqların Hollandiya, Almaniya, Rumıniya və digər ölkələrdən gətirildiyini bildirdi. İnnovativ texnologiyaların istehsalat prosesinə cəlb edilməsinin məhsuldarlığın keyfiyyətinə öz təsirini göstərdiyini vurğuladı.
İstehsalat müdiri Əli Məmmədov tələbələri istehsal prosesi ilə tanış edərək istehsalat prosesini mərhələlərlə izah etdi. Sonra Şahin Mirzəcanov bizi kağızın və kartonun standartlara uyğun olması ilə bağlı əyani şəkildə məlumat verdi. Bildirildi ki, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada hazırlanan məhsul beynəlxalq standartlara cavab verməsi haqqında sertifikatlara layiq görülmüşdür. Tələbələrimizi maraqlandıran suallara cavab verən mütəxəssislər onları biliklərini daha da artırmağa, dinamik əmək bazarının tələblərinə cavab verən şərtlər daxilində inkişaf etməyə çağırdı.
Karyera Mərkəzinin müdiri Zahid Bünyadov Kamal Süerə səmimi qarşılanmaya görə təşəkkürünü və belə görüşlərin tələbələr üçün dəyərli olduğunu bildirdi, Azərbaycanın aparıcı qida-sənaye kompleksi olan Azərsun Holdinqin fəaliyyətinə  uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az