Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dünya Bankının nümayəndələri tələbələrimizlə görüşdü
Dünya Bankının nümayəndələri tələbələrimizlə görüşdü

Mayın 3-də universitetimizdə Dünya Bankının nümayəndələri tələbələrlə görüş keçirdi. Əvvəlcə qonaqlar Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbovla dəyirmi masa ətrafında Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti, göstərə biləcəyi kömək və  əməkdaşlığın perspektivlərinə dair müzakirələr apardılar.
Dünya Bankın nümayəndəsi Jeason Weaver tələbələrlə görüşərək, “Təhsil krediti” mövzusunda söhbət apardı. Bildirdi ki, Dünya Bankı maliyyə qurumudur və layihələrini dövlət zəmanəti ilə uzun müddətə çox aşağı faizlə verdiyi kreditlər vasitəsi ilə maliyyələşdirir. Dünya Bankının güzəştli kreditləri inkişaf mərhələsində olan dövlətlərə verilir. Bu kreditlərə tələbatın çox olması səbəbindən onların ölkəyə cəlb olunması dünya praktikasında müsbət qarşılanır. Dünya Bankından kredit almaqdan daha çətini onun xərclənməsi prosedurudur. Hər bir dollar belə Dünya Bankından əsaslandırılmış qaydada əvvəlcədən nəzərdə tutulmuş istiqamətlərə və Bankın qoyduğu ümumi qaydalara əsasən xərclənməlidir. Bu qaydaların ağırlığı əsasən ondan ibarətdir ki, hər bir mərhələdə nəzarət və razılaşdırma tələb olunur. Azərbaycan Təhsil Nazirliyinin Dünya Bankı ilə əməkdaşlığı 1999-cu ildən başlayaraq davam edir. İndiyədək bir neçə birgə layihə artıq həyata keçirilmişdir.  Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Bildiyiniz kimi, Azərbaycan 2005-ci ildə Bolonya sisteminə qoşulub. Bu sistemə qoşulan ölkələr, ali məktəb tələbələrinə çox geniş tələbə kreditləri verirlər. Bu istiqamətdə də yeni layihələr hazırlanır. Dünya Bankı ilə aparılan layihələr nəticəsində Azərbaycanın təhsil sahəsində böyük nailiyyətlər əldə olunub.
Yaxın zamanlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inamını ifadə edən Jeason Weaver Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycan təhsilinə dəstək verməyə hazır olduğunu nəzərə çatdırdı.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az