Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi
SDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi

Aprelin 21-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası, Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçrilən tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq belə tədbirlərin təşkilində əsas məqsədin  ümumbəşəri problem olan insan alverinə dair maarifləndirmə olduğunu və bu növ halların müəyyən edilməsi üçün monitorinq işlərinin aparılmasının vacibliyini vurğuladı.
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik- leytenantı Orxan Səfərov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri  Mahirə Əmirhüseynova, təşkilatın nümayəndəsi Sevda Məmmədova, “Qadın Təşəbbüsü və sosial problemlərin həllinə yardım”  ictimai birliyinin rəhbəri Zemfira Mustafayeva tədbir iştirakçılarına insan alverinin ağır nəticələri, insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə tələbələrə müfəssəl məlumat verildi.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Teymur Səmədov mövzunun əhəmiyyətindən və aktuallığından danışdı. Qeyd etdi ki, İcra Hakimiyyətinin xətti ilə mütəmadi olaraq gənclər arasında bu kimi maarifləndirici işlər yüksək səviyyədə aparılır. Son zamanlar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə şəhərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq işləri sürətlə aparılır, gənclərimizin sosial-rifah halının yaxşılaşdırılması üçün yeni iş yerləri açılır,  onların asudə vaxtlarının səmərəli keçməsi və  zərərli vərdişlərdən uzaq olmaları məqsədi ilə müxtəlif istirahət mərkəzləri inşa edilir.
Sonda mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az