Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Qobustan dövlət qoruğunda oldular
Tələbələrimiz Qobustan dövlət qoruğunda oldular

15 Noyabr Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr açıq səma altında muzey kimi fəaliyyət göstərən Qobustan milli, tarixi-bədii dövlət qoruğunda oldular. Bu ərazidə regionun əhalisi haqqında qayaüstü rəsmlər, ibtidai insanın sakin olduğu yer, qəbirüstü abidələr və digərləri bir yerə cəmlənmişdir.  Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir. Burada daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri  ilə tələbələr canlı tanış oldular.Son bir ildə Sumqayıt Dövlət Universitetində aparılan böyük islahatlar içərisində tələbələrin vaxtaşırı ölkəmizin milli tarixi abidələri ilə tanışlıq, eləcə də maddi mədəniyyət nümunələri ilə canlı ünsiyyət qurması onlara xüsusi qayğının ən bariz nümunəsidir. Universitet rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi daim tələbələrin arzu və istəklərini nəzərə alaraq belə gəzintiləri, səyahətləri təşkil edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az