Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi əlaqələrimiz genişlənir
Elmi əlaqələrimiz genişlənir

Son illər ölkəmizdə elm, təhsil sahəsində aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsidir ki, Sumqayıt Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti dünyanın bir çox nüfuzlu ali məktəblərində layiqincə təmsil olunur, təcrübə keçir. Əldə olunan uğurlar beynəlxalq səviyyədə keçirilən konfranslarda maraqla qarşılanır. Tələbə Elmi Cəmiyyətinin Elmi rəhbəri, Bərk cisimlər fizikası kafedrasının dosenti İslam Paşayevin rəhbərliyi ilə Kimya və Biologiya fakültəsinin IV kurs tələbələri Aygün Qənbərzadə, Yaqut Yusifova, Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Teymur Səfiyev Rusiya Federasiyasının Sankt-Peterburq Akademik Universitetində martın 28-dən 30 – dək  keçirilən “Saint Petersburg OPEN 2016” optoelektronika, fotonika və nanostrukturlar üzrə beynəlxalq konfransda  iştirak üçün ezam olundular. Səfər zamanı tələbələr öz təəssüratlarını universitetin  rektoru, professor Elxan Hüseynovla bölüşdülər. Bildirdilər ki, SDU-nun nümayəndə heyətini “Saint-Petersburq OPEN-2016” optoelektronika, fotonika və nanostrukturlar üzrə beynəlxalq konfransın təşkilatı məsələləri üzrə rəhbəri, Sankt Peterburq Akademik Universitetinin elmi işlər üzrə prorektoru,   fizika riyaziyyat elmlər doktoru, Rusiya Elmlər Akademiyasının  müxbir üzvü Aleksey Evgenoviç  Jukov  qəbul etmiş və optoelektronika, fotonika və nanostrukturlar barədə fikir mübadiləsi aparmışlar.
TEC-in elmi rəhbəri, dosent İslam Paşayev akademik  Aleksey Evgenoviç  Jukovun Sumqayıt Dövlət Universiteti haqqında yüksək fikir söylədiyini və universitetin rəhbəri professor Elxan Hüseynova şəxsi salamını çatdırılmasını xahiş etdiyini bildirdi. Gələcəkdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin qarşılıqlı elmi təcrübə keçmələrinə, bir sözlə, qarşılıqlı - faydalı əməkdaşlığa hər zaman hazır olduğunu vurğulamış və tezliklə universitetimizdə olmağı arzu etmişdir.
Qeyd edək ki, konfransa 14 ölkələrdən 700 məruzə təqdim olunmuş, bunlardan 297 məruzə konfrans proqramına daxil edilmişdir. 
Konfransın yekununda məruzələri ilə fərqlənən tələbə və gənc alimlər, o cümlədən, universitetimizin nümayəndələri diploma layiq görülmüşlər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az