Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Aprelin 6-da Elmi Şurasının növbəti iclası keçirildi.
İclas Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində cəbhə xəttində düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olan şəhidlərimizin  xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. 
Sonra Sədr, rektor Elxan Hüseynov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı. 
Xarici ölkələrə elmi ezamiyyətlərin hesabatı barədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev, TEC-in elmi rəhbəri, dosent İslam Paşayevin çıxşları dinlənildi. Prorektor Qafar Atayev bildirdi ki, martın 20-27 tarixlərində TEMPUS proqramı çərçivəsində “İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə monitorinqi sahəsində ali təhsilin təkmilləşdirilməsi” layihəsinin Almaniyada növbəti seminarı keçirilmişdir. Seminarda universitetimiz tərəfindən Tədrisin təşkili və və təlim texnologiyaları üzrə prorektor, dosent  Natiq Talıbov , Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev və mən Berlin Texniki Universitetdə təşkil olunmuş “Ali təhsil müəssisələrində proseslərin idarə edilməsi” mövzusunda çıxış edərək sertifikatla təltif olunduq.
Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri, dosent İslam Paşayev qeyd etdi ki,  martın 28-dən 30-dək Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Milli Tədqiqat Akademik Universiteti Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda universitetimizin Fizika və elektroenergetika fakültəsi üzrə II kurs tələbəsi Teymur Səfiyev, Kimya və biologiya fakültəsi üzrə IV kurs tələbələri Aygün Qənbərzadə, Yaqut Yusifova iştirak etmiş və  uğurlu çıxışlarına görə diploma layiq görülmüşlər. Görüş zamanı Sankt Peterburq Akademik Universitetin elmi işlər üzrə prorektoru, fizika riyaziyyat elmlər doktoru, Rusiya Elmlər Akademiyasının  müxbir üzvü Aleksey Evgenoviç  Jukov Sumqayıt Dövlət Universiteti haqqında yüksək fikir söyləyərək, universitetin rəhbəri professor Elxan Hüseynova salamının çatdırılmasını rica etmişdir.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə keçiriləcək tədbirlər planı barədə Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov çıxış etdi.
İclasda Qiyabi, distant və əlavə təhsil  üzrə prorektor, dosent Qafar Atayev Qiyabi təhsil üzrə dövlət Attestasiyasının nəticələri barədə, Əlavə Təhsil Mərkəzinin müdiri, dosent Sabir Xəlilov isə Əlavə Təhsil Mərkəzində tədris işlərinin təşkili və aparılması barədə məruzələri dinlənildi və fikir mübadiləsi aparıldı.
Rektor İqtisadiyyat kafedrasının baş müəllimi Lalə Vəliyevanı İqtisad elmləri üzrə fəlsəfə doktoru adı almağı münasibəti ilə təbrik etdi.
Elmi Şura cari məsələlərini müzakirəsi ilə öz işini yekunlaşdırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az