Əsas səhifə | Xəbərlər | Tələbələrin bədii-yaradıcılıq festivalı keçirildi
Tələbələrin bədii-yaradıcılıq festivalı keçirildi

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir.
Zəngin mədəni irsə malik Azərbaycan sehrkar musiqi diyarı kimi məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəslə yaşadaraq böyük və zəngin irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür.
Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, ulu öndər Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və İSESCO - nun  xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  gərgin əməyi nəticəsində bu gün maddi və mədəniyyət  nümunələrimizin  bir  qismi UNESCO - nun  dünya mədəni irs siyahısına  salınmışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə indi muğama, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur, disklər, albomlar buraxılır. Xarici ölkələrdə UNESCO - nun xətti ilə dəfələrlə milli sənətimizin ən müxtəlif sahələrinin təbliğatına həsr olunan genişmiqyaslı tədbirlər keçirilir, konsertlər, sərgilər təşkil edilir. Bir sözlə, mədəniyyətimizə qayğı və diqqət dövlət siyasətinin prioritet istiqaməti kimi  müəyyənləşib. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.
Aprelin 4-də universitetimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivinin baxış” müsabiqəsi keçirildi.
Festivalın keçirilməsində məqsəd ali məktəb tələbələrinin elmlə yanaşı, onların mədəniyyətimizə, incəsənətimizə öz töhfələrini verməsini aşkara çıxarmaq,  tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.
Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. İfaçı və rəqqas, bədii qiraətçi, aşıq tələbələrin çıxışları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.
Dəyərli münsiflərdən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, ADPU-nun baş müəllimi, bəstəkar Nailə Mirməmmədli, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov və digər incəsənət ustalarının iştirakı ilə baxış müsabiqəsinin I turu yekunlaşdı.
Münsiflər heyəti tərəfindən müəyyən olunan qaliblər festivalın yekun mərhələsində iştirak edəcəklər.
Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayaraq yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az