Əsas səhifə | Xəbərlər | İstilaya qarşı mücadilə tariximizin unudulmaz siması
İstilaya qarşı mücadilə tariximizin unudulmaz siması

Babək Xürrəmi: “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”.
Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tariximizə səyahət” adlı silsilə tədbirlər işə başladı.Aprelin 2-də Azərbaycan istiqlal tarixinin qüdrətli simalarından biri, Xürrəmilər hərəkatının banisi, Ərəb Xilafətinə qarşı düz 20 il mücadilə edən böyük sərkərdə Babəkə həsr olunan  mövzuda ilk dəyirmi masa  keçirildi.
Tədbiri Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilov açaraq bildirdi ki, istilaya qarşı mücadilə tariximizin unudulmaz siması Babək Xürrəmi Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı  üsyana  rəhbərlik etmiş  böyük sərkərdədir. Xalq qəhrəmanı Babəkin xatirəsi, adı, xidmətləri bu gün də xalqımız tərəfindən yad olunur. Onun şərəfli mübarizə yolunun dərindən öyrənilməsi, hər zaman olduğu kimi, bu gün üçün də çox aktualdır. Babək xürrəminin adı İstilaya qarşı mücadilə tariximizə qızıl hərflərlə yazılmışdır. O, qüdrətli bir şəxsiyyət, Xürrəmilər hərəkatının lideri kimi islam dininə, müsəlman mədəniyyətinə qarşı deyil, ərəb xilafətinə, onun istilasına qarşı aparmışdır. Ərəb səhrəlarında qolları budanıb, dərisi soyulan, “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır” nidası xalqımızın istilal tarixinə həkk olunmuşdur.
Tələbə Gənclər Təşkilatının Tarix və coğrafiya fakültəsi üzrə sədri III kurs tələbəsi İbrahim Zeynallı və digər tələbələr Əli Miriyev, Gülşən Rəhimli, Fatimə Abbasova Xürrəmilər hərakatından, xalqımızın əzəmətli oğlu  Babəkin apardığı azadlıq mübarizəsindən, onun gördüyü böyük işlərdən söhbət açaraq qeyd etdilər ki, qəhrəmanlar ölmür, mübarizə yolu daşıyırlar, onların həyatı xalqların ömrü qədər olur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az