Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Möhtəşəm Novruz şənliyi keçirildi
Möhtəşəm Novruz şənliyi keçirildi

Sumqayıt Dövlət Universitetinin həyətində möhtəşəmliyi  və rəngarəngliyi ilə yadda qalan  Novruz şənliyi keçirildi. Tədbiri giriş sözü ilə univesitetin rektoru, professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik etdi. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıran rektor bildirdi ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.
Professor onu da vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mühüm nailiyyətlərə imza atıldı, milli mənəvi  dəyərlərimizin qorunması, tədqiqi və tətbiqi istiqamətində uğurlar əldə olundu.Ulu  öndər Heydər Əliyevin fərmanı ilə Novruza milli bayram statusu verildi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və  İSESCO-nun xoşməramlı səfiri Mehriban  xanım Əliyevanın xüsusi xidmətləri  sayəsində  Novruz milli –mədəni irsi siyahısına  yazıldı. Çıxışının sonunda universitetin rektoru milli –adət ənənələri özündə əks etdirən, bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə bir daha  kollektivi təbrik etdi, xoş arzularını çatdırdı.
Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızın meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalandı.
Sonra  respublikamızın tanınmış incəsənət ustaları Babək Niftəliyev, Fədayə Laçın və eləcə də universitetin özfəaliyyət kollektivinin ifaları, tələbələr tərəfindən hazırlanmış bayram adətlərini əks etdirən səhnəciklərin nümayişi bayram şənliyinə xüsusi rəng qatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az