Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Avropada professional ali təhsilə dəstək üzrə ekspert Mixail Karpişek qonaq olmuşdur
Sumqayıt Dövlət Universitetində Avropada professional ali təhsilə dəstək üzrə ekspert Mixail Karpişek qonaq olmuşdur

11 Noyabrın 2014-cü ildə Avropada professional ali təhsilə dəstək üzrə ekspert Mixail Karpişek Sumqayıt Dövlət Universitetində olmuşdur.
Rektor Elxan Hüseynov ekspert Mixail Karpişeki  salamladı və ölkəmizdə təhsil sistemi haqqında fikir mübadiləsi apardı.  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə qonağa ətraflı məlumat verdi. Bildirdi ki, bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Söhbət əsasında  ölkəmizin təhsil sistemində baş verən dəyişikliklərlə qonağı  tanış edərək qeyd etdi ki, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən Elxan Hüseynov bu sahədə həyata keçirilən Dövlət Proqramının davamlı olacağını vurğuladı.
Rektor qeyd etdi ki, bu gün Azərbaycanda Boloniya prosesinin başlıca müddəalarından biri olan təhsilin keyfiyyətinin təmin olunması sisteminin yaradılması və onun Ümumavropa "təhsilin keyfiyyətinin idarə olunması" sisteminə uyğunlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ölkəmizdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin etmək məqsədi ilə "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında Əsasnamə", attestasiya və akkreditasiyanın keçirilməsi üçün tələb və meyarlar hazırlanaraq təsdiq olunmuş, Təhsil Nazirliyində öncə akkreditasiya komissiyası, sonra isə akkreditasiya şöbəsi yaradılmışdır. SDU-da Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədovun sədrliyi ilə bu sahə üzrə komissiya işə başladı.
Son  vaxtlar respublikada təhsildə distant  texnologiyalarının tətbiqi  zərurəti  barədə  müzakirələr  aparılır.  Nəhayət  gec  də olsa,  XXI əsrin ən böyük  təhsil  innovasiyası olan  distant təhsilin   respublikamızda  da  reallaşması üçün müvafiq təbirlər görülür. Bu gün əksər ölkələrdə,  o cümlədən bir çox MDB ölkələrində tələbələrin ilkin hazırlığı, yenidənhazırlığı, ixtisasartırılması distant təhsil texnologiyaları vasitəsilə reallaşır. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və s. ölkələrdə 10 ildən artıqdır ki, bu sahədə sistemli iş aparılır. Hesab edirəm ki, respublikada belə bir pilot layihəni də SDU-da   başlamaq mümkündür. Bu sahə üzrə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Atayev xeyli təcrübə toplamışdır. 
Bu gün SDU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması kimi məsuliyyətli vəzifə Tədris Hissəsinin müdiri İsabal Qurbanovun üzərinə düşür.
Sonda qonaq rektor Elxan Hüseynova və universitetin rəhbərliyinə səmimi qəbul üçün öz minnətdarlığını bildirdi. Sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində aparılan işlərdən öz razılığını ifadə etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az