Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Qiymətli kağızlar bazarı, mövcud durum, gələcək perspektivlər” adlı seminar - təlim
“Qiymətli kağızlar bazarı, mövcud durum, gələcək perspektivlər” adlı seminar - təlim

Karyera Mərkəzinin təşkilatçılığı ilə “Texnika Kapital Menecment” MMC-nin direktoru iqtisadçı Cəfər İbrahimlinin  “Qiymətli kağızlar bazarı, mövcud durum, gələcək perspektivlər” adlı seminar-təlimi keçirildi. Təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə yanaşı,  digər fakültələrin tələbələri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə Karyera Mərkəzinin müdiri  Zahid Bünyadov açaraq çıxışında bu günədək bir çox görüşlər keçirildiyini, bundan sonra da ixtisasyönümlü təlimlərin də təşkil edəcəklərini qeyd etdi. Bildirdi ki, bugünkü qonağımız Türkiyədə iqtisadiyyat üzrə təlim almış kapital bazarları üzrə ekspert Cəfər İbrahimlidir.
Seminarda Cəfər İbrahimli öz təqdimatında qiymətli kağızlar bazarı üzrə qəbul edilən qanunvericilik aktlarından, maliyyə bazarlarının strukturundan, qiymətli kağızların növlərindən bəhs etdi. Qiymətli kağızların emissiyasi, kapital bazarında aparılan əməliyyatların mahiyyətini geniş şəkildə açıqladı. Rəhbəri olduğu investisiya şirkətinin göstərdiyi əsas və əlavə xidmətlərdən qiymətli kağızlar bazarının sektorlarından və bazarın problemlərini əhatəli təhlil etdi. Çıxışının sonunda qiymətli kağızlar bazarının gələcək prespiktivləri haqqında öz proqnozlarını verdi. Cəfər İbrahimli mövzu ilə əlaqədar tələbələrlə debatda olarkən rektor, professor Elxan Hüseynov zala daxil oldu. Qonaqla səmimi görüşündən sonra Karyera Mərkəzinin həyata keçirdiyi təlimlərin tələbələr üçün faydalı olduğunu, gələcəkdə əmək bazarında layiqli yer tutmaq üçün belə təlimlərin vacibliyini vurğuladı.
Tədbirin sonunda Karyera Mərkəzinin müdiri Cəfər İbrahimliyə təşəkkürünü bildirdi.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az