Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu
“8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

Martın 7-də Sumqayıt Dövlət Universitetində 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi. Universitetin rektoru, professor Elxan Hüseynov bütün qadınları bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı, gələcək fəaliyyətlərində uğurlar dilədi.
Rektor cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı daima uca tutulur. Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətləri var. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, sədaqətli həyat yoldaşıdır. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına daha geniş yer verildi, qadınlar dövlət quruculuğu işlərinə cəlb olundular. Ulu öndərin bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradıldı. Onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsidir. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Məhz dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində layiqincə təmsil olunurlar.Sumqayıt şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə veteranlar adından dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən bütün qadınları Ulu öndər Heydər Əliyevin "Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə, Azərbaycan qadınının xüsusiyyətləri ilə tanınıb" müdrik sözü ilə təbrikini çatdırdı.
Tədbir əməkdar artistlər Yusif Mustafayevin, Almaz Saraylının və s. tanınmış estrada ulduzlarının və tələbələrin ifa etdiyi şən musiqi parçaları, rəqslərlə davam etdirildi.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az