Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Bir" Tələbə-Könüllü Proqramının nümayəndələri universitetimizdə
"Bir" Tələbə-Könüllü Proqramının nümayəndələri universitetimizdə

Proqramın təqdimatında 800-dən çox tələbə-könüllülər  BİR oldu! 
Bir" rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “BİR”Tələbə-könüllü Proqramı Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir.
Dünyanın ən böyük idman yarışlarından hesab edilən Formula 1 Avropa Qran Prisi iyunun 17-19-da  paytaxt Bakıda təşkil olunacaq.
Baku 2015 Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında könüllülərin böyük əməyi danılmazdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Bu inkişafda könüllülərin böyük rolu var. Könüllülər böyük tədbirlərdə, xüsusilə idman yarışlarında fəal iştirak edirlər. Sevindirici haldır ki, “Bakı-2015” ilk Avropa Oyunlarında Təhsil Nazirliyinin tələbə-könüllüləri də fədakarlıq nümayiş etdirdilər. Birinci Avropa Oyunlarında 12 min tələbə-könüllü iştirak edirdi. “Bakı-2015”də əzmkarlıq nümayiş etdirən könüllülər I Avropa Oyunlarının iştirakçılarına yüksək qonaqpərvərlik göstərdilər. Hazırda ölkəmizdə könüllülərlə iş uğurla davam etdirilir və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında da onlarla sıx əməkdaşlıq qurulur. Gələn il ölkəmiz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Könüllülər həmin mötəbər yarışda da iştirak edəcək, Azərbaycanda keçirilən mühüm tədbirlərdə onların gələcək karyeralarında yeni üfüqlər açacaq, qazandıqları təcrübə təkcə ölkəmizdə deyil, dünya miqyasında tətbiq ediləcək.
Xatırladaq ki, İlk Avropa oyunlarında Sumqayıt Dövlət Universitetinin 400 nəfər könüllü-tələbəsi oyunlar ərzində idmançılar və rəsmi şəxslərə, qonaqlara kömək etmiş, idman yarışlarında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.  Bu il isə 800 nəfər könüllü-tələbəmiz  bu dəfə də eyni missiyanı Formula 1 Avropa Qran Prisində daşıyacaqlar.
Təhsil nazirliyi tərəfindən könüllüklə bağlı “Bir” adlı layihəyəyə start verildiyini deyən Proqram nümayəndəsi İmadəddin Quliyev qeyd etdi ki,  layihə 15 ali təhsil müəssisəsini əhatə etməklə, tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə yaradılan uzunmüdətli proqramdır. Özündə vahid məlumat bazasını birləşdirən proqram onların bu istiqamət üzrə məlumatlılığının artırılmasına və aidiyyati qurumlarda könüllü olaraq fəaliyyət göstərmələri üçün tələbə-könüllülərin yönləndirilməsinə kömək edir. O, layihə çərçivəsində Bakıda, Sumqayıtda və Gəncədə könüllülər klubunun yaradıldığını qeyd etdi və tələbə-könüllülərin “Formula-1” yarışlarına da dəstək verəcəklərinə əminliyini bildirərək onlara uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az