Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Xocalıya ədalət” kitabı ərəb ölkələrində təqdim olunur
“Xocalıya ədalət” kitabı ərəb ölkələrində təqdim olunur

Universitetimizin Filologiya fakülətisnin müəllimi, şərqşünas, yazar, Azərbaycan dili və dilçilik kafedrasının müəllimi  Əli Rzayevin müəllifi olduğu ərəb dilində “Xocalıya Ədalət” kitabı dünyanın bir sıra ərəb ölkələrində kitabxanalara təqdim olunub. Məlum olduğu kimi ərəb ölkələrində də  Erməni lobbisinin mənfur siyasəti nəticəsində Xocalı soyqırımı həqiqətdən uzaq şəkildə təqdim olunmaqdadır. Bu məqsədlə ərəb oxucusunda hadisələrin reallığını detallarıyla təqdim etməyə böyük ehtiyac vardıı.  Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dətstək şurasının vəsaiti ilə çap edilərək, təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Liviya, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş və Fələstinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, millət vəkilləri  və QHT təmsilçiləri iştirak ediblər.Təqdimat mərasimində çıxış edən millət vəkili Azay Quliyev qeyd edib ki, ərəbdilli oxuculara Xocalı reallıqlarını olduğu kimi çatdırmaq olduqca vacib işdir. O həmçinin müəllifin zəhmətini qiymətləndirərək şura adından təşəkkürünü bildirib.
Əli Rzayevin müəllifi olduğu kitabda faciənin səbəbləri, həlak olanların siyahısı, müxtəlif beynəlxalq xəbər agentliklərinin məlumatları, hadisənin soyqırım kimi tanıyan beynəlxalq hüququn akt və normaları, həmçinin Azərbaycan Respublikası Prezidentinin hadisəyə verdiyi siyasi qiymət ətraflı işıqlandırılıb.
Kitab bundan əvvəl bir sıra ərəb ölkələrində, o cümlədən Misir, Sudan, Livan oxucusuna müxtəlif təşkilatlar vasitəsilə çatdırılmış, bu il isə Küveyt universiteti tələbələrinə təqdim olmuşdur. Ərəb dilində Xocalı həqiqətlərinin çatdırılmasında ərəb ölkələrindəki diasporalarımızın müstəsna xidməti vardır

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az