Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrarası spartakiada keçirildi
Fakültələrarası spartakiada keçirildi

Qalib komandalar müxtəlif hədiyyələrlə təltif olundular
Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafının gündən-günə yüksəldiyi bir zamanda, şübhəsiz, ali təhsil ocaqlarında da bu sahəyə xüsusi diqqət yetirilir. Universitetimiz  dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfəsini verir. Müxtəlif turnirlərin keçirilməsi artıq ənənə halına alıb. Fevralın 9-dan 12-dək universitetimizin Həmkarlar İttifaqı Komitəsi və İdman Klububnun təşkilatçılığı ilə  “Bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş əməkdaşların fakültələrarası, idmanın 3 növü üzrə: şahmat, dama, nərd  spartakiadası keçirildi.
Məntiq tələb edən intellektual oyun növü olan şahmata hər zaman yüksək maraq olub. Beləlilkə, şahmat yarışında İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları I yeri, Fizika və elektroenergetika fakültəsinin əməkdaşları II yeri,  Riyaziyyat fakültəsinin əməkdaşları isə III yeri qazandılar. Qədim oyun növü olan nərd üzrə yarışda Riyaziyyat fakültəsinin əməkdaşları I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları II yerə, Fizika və elektroenergetika fakültəsinin əməkdaşları III yerə çıxdılar. Dama üzrə Kimya və bilologiya fakültəsinin əməkdaşları I yer, Riyaziyyat fakültəsinin əməkdaşları II yer, İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları isə III yerlə kifayətləndilər.
Gərgin  mübarizə şəraitində keçən yarışların, ümumi nəticələrinə görə I yeri İqtisadiyyat və idarəetmə və Riyaziyyat fakültələrinin, II yeri Kimya və biologiya fakültəsinin, III yeri isə Fizika və elektroenergetika fakültəsinin əməkdaşları tutdular.Qalib olmuş komandalar müxtəlif hədiyyələrlə təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az