Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil: hamı üçün-maneləri yox edək, qapıları açaq
Təhsil: hamı üçün-maneləri yox edək, qapıları açaq
“Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” bu gün cəmiyyəti düşündürən ən vacib məsələlərdəndir. Tempus layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yanvar  15-dən 17-dək keçirilən “Təhsil; hamı üçün-maneləri yox edək, qapıları açaq” adlı təbliğat konfransında  universitetimizin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov təmsil etmişdir.
Konfransın əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasına zəmin yaratmaq və bu sahədə Avropa təcrübəsini Azərbaycan universitetlərində tətbiqi, Azərbaycan ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatın hazırlanması, ali təhsil müəssisələrində tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi, yerli tərəfdaş universitetlərdə “Əlilliyi olan tələbələr üçün “Mərkəz”lərin yaradılması və layihə barədə ictimayyətin məlumatlandılması olmuşdur.
Konfransda layihənin milli partnyorları: Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  və Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqı (ƏTİ),  Gəncə Dövlət Universitetinin, yerli icra hakimiyyəti orqanları, QHT nümayəndələri, əlilliyi olan şəxslər iştirak etmişlər.
Sonra yerli tərəfdaşların ümumi idarəetmə görüşü olmuşdur. Görüşdə partnyor təşkilatlar tərəfindən yerinə yetirilmiş, nəzərdə tutulan fəaliyyətlərə aid təqdimatlar göstərilmiş,  o cümlədən universitetimizin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov təqdimatla çıxış edərək pilot layihə, pilot proqram, təlimatlar üzərində iş və maliyə məsələləri ilə bağlı müzakirələrə qatılmışdır. Müzakirələrin yekunu olaraq layihənin effektli yerinə yetirilməsi üçün tədbirlər planı təsdiq olunmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az