Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rus ədiblərinin yaradıcılıq gecəsi keçirildi
Rus ədiblərinin yaradıcılıq gecəsi keçirildi

Dekabrın 28-də universitetimizdə Xarici dillər kafedrasının təşəbbüsü ilə görkəmli rus yazıçısı və dramaturqları  M.Y.Lermontovun və  S.Yeseninin “Rus şairlərinin yaradıclığında  Qafqaz mövzusu” adlı yaradıcılıq gecesi keçirildi.
Gecədə universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, Xarici dillər kafedrasıının müdiri, professor Nigar İsgəndərova, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, Rusiya İnformasiya mərkəzinin əməkdaşları Yakunina Lyubov Tiomoteevna, Natiq Hacı oğlu Əliyev və  tələbələr iştirak etdilər.
Xarici dillər kafedrasının baş müəllimi  Təranə Quliyeva, dosent Sona Məmmədova, kafedranın baş laborantı Şəfəq Qasımova,  filologiya fakültəsinin I kurs tələbələri, Hürüney Arasova, Nailə Zeynalova məruzə ilə çıxış edərək görkəmli ədiblərin zəngin bədii irsi, klassik rus poeziyasındakı özünəməxsus yeri ilə bağlı ətraflı məlumat verdilər.  Qeyd etdilər ki, öz qısa ömrünün bir hissəsini Qafqazda keçirmiş M.Y.Lermontovun yaradıcılığında Azərbaycanın xüsusi yeri var. Məlumdur ki, şair Azərbaycan dilini öyrənməyə çalışmış, xalqımızın folkloru, əfsanələri və dastanları ilə maraqlanmış, dəfələrlə öz şeirlərində və nəsr əsərlərində bu yerlərə məhəbbətini ifadə etmişdir.
Sonra XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi Sergey Yeseninin yaradıcılığına toxunuldu. Bildirildi ki, adı həmin dövrün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik rus şairlərindən hesab olunur. Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı çap edilmişdir. İlk kitab – "Радуница", son kitab – "Персидские мотивы" olmuşdur . Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının "qızıl dövrü" adlandırır və həmin dövrü Puşkin yaradıcılığının "Boldino payızı" ilə müqayisə edirlər. Onu qeyd etmək kifayətdir ki, 1924-1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək "İran nəğmələri" silsiləsindən bir sıra şeirlər Bakıda yazılmışdır.
Gecənin sonunda M.Y.Lermontovun və Sergey Yeseninin həyat və yaradıcılığından bəhs edən film izlənildi.Tələbələrin ifasında şeir və musiqi səsələndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az