Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bu dahi şəxsiyyətlə bir dövrdə yaşamaq da şərəfdir
Bu dahi şəxsiyyətlə bir dövrdə yaşamaq da şərəfdir

Dekabrın 12-də xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.Bu münasibətlə Kimya və biologiya fakültəsində anım mərasimi keçirildi.
Mərasimində fakültə dekanı, dosent Mahal Muradov çıxış edərək bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin möhkəm təməli Heydər Əliyevlə bağlıdır. Ümummilli lider ölkəmiz müstəqillik əldə etdikdən sonra ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqımızın gələcək taleyini həll etdi.Dövlətçiliyimizin əsasını təmin etməklə ictimai-siyasi sabitliyin təməli qoyuldu. Həyata keçirilən tədbirlər tərəqqiyə, ölkəmizin dünya birliyinə və Avropa məkanına inteqrasiyasına yol açmış oldu. Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Üzvi və fiziki kimya kafedrasının müdiri, dosent Musa Mustafayev çıxışında həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və sair sahələrdə əldə olunan nailiyyətlərin Heydər Əliyev kursuna sadiqliyin, onun ideyalarına dönməzliyin nəticəsi kimi dəyərləndirərək dahi şəxsiyyətlə eyni dövrdə yaşamağın da böyük şərəf olduğunu qeyd etdi.
TGT-nin fakültə üzrə sədri Məhəbbət Hüseynov, Kimya və biologiya fakültəsinin tələbələri Aygün Qəmbərzadə, Tərlan Novruzlu, Gülgəz Məmmədova çıxış edərək bildirdilər ki,  Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, Ulu öndər, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalacaqdır.
Tədbirin sonunda IV kurs tələbəsi Məhəmməd Şükürovun hazırladığı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmi nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az