Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Zamanı qabaqlayan şəxsiyyət
Zamanı qabaqlayan şəxsiyyət

Riyaziyyat fakültəsinin təşkilatçılığı  ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültənin 2-ci kurs tələbəsi, YAP Gənclər Birliyinin sədri Leyla Hüseynova açdı və ulu öndərin xatirəsi 1 dəqilik sükütla yad edildi. Daha sonra sədr qeyd etdi ki, Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Ulu Öndərimizin zamanı qabaqlayan şəxsiyyət olduğunu və onun irsinin davamçısı peşəkar siyasətçi Prezident İlham Əliyevin hal-hazırda dövlətimiz üçün gördüyü uğurlu işlərindən danışdı.
Universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov qeyd etdi ki,  Azərbaycan xalqı xoşbəxtdir. Çünki ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi. Onun gördüyü işlər nəticəsində Azərbaycan müstəqillik qazandı, müstəqilliyə, inkişafa nail oldu. Prorektorun çıxışından sonra fakültənin 2-ci kurs tələbəsi Sona Xudayarqızı tərəfindən əbədiyaşar liderə həsr olunmuş şeir səsləndi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir- fikri də Azərbaycan tarixi kafedrasını dosenti Elmar Xəlilov tərəfində səsləndirildi.
Bütün çıxışlar zamanı slayd vasitəsilə Ümummilli liderimizin foto qaleriyası təqdim olundu. Fakültəsinin 2-ci kurs tələbəsi Sevinc Həsənlinin hazırladığı film vasitəsilə dahi şəxsiyyətin keçdiyi həyat yolu, gördüyü möhtəşəm işlər iştirakçılara təqdim olundu.
Sonra fakültənin dekanı, dosent Zəfər Hüseynov tədbiritəşkil edən tələbə müəllim heyətinə təşəkkür etdi və bildirdi Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az