Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə “KİTABI-DƏDƏ QORQUD”un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçiriləcək
Universitetimizdə “KİTABI-DƏDƏ QORQUD”un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Sumqayit Dövlət Universitetində “KİTABİ-DƏDƏ QORQUD”un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbirlər:
I. 29 may 2015-ci ildə SDU-nun “Folklorşünaslıq”  Elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının  tələbə və magistrantlarla birlikdə  “Ana kitabımız – Dədə Qorqud“ mövzusunda elmi nəzəri seminar keçirilmiş və 123 səhifəlik xüsusi toplu nəşr edilmişdir.
Elmi seminarda “Kitabi - Dədə Qorqud” boyları ilə bağlı olaraq aşağıda qeyd olunan nəticələr əldə olunmuşdur:
1.Cənubi Qafqazın toponimiyasında dastanın boyları ilə bağlı toponimlər, onların lokalizasiyası (yeri) və xəritəsi elmi cəhətdən əsaslandırılaraq göstərilmişdir;
2.Dastandakı diyarşünaslıq motivlərinin orta və ali məktəblərdə öyrənilməsi yolları, “Dədə Qorqud” motivlərinin bədii ədəbiyyat və təsviri incəsənətdə  əks olunması şərh edilir;
3.Dastanda milli mentalitetimiz və etnoqrafiyamızın gözəl örnəklərindən seçmələr verməklə uyğun müqayisələr aparılmışdır. Bununla belə,  insani münasibətlər, milli dəyərlər, dövlətçilik, ailə münasibətləri və s. məsələlər  problem kimi qarşıya qoyulmuş və açıqlanmışdır.

II. 2015-ci il dekabrın 16-17-də “Kitabi-Dədə Qorqud” və dünya eposçuluq ənənəsi adlı beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1.Qorqudşünasliq;
2.Azərbaycan folkloru: toplama, nəşr və tədqiqi məsələləri;
3.Folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri.
Konfransa indiyədək respublikamızın müxtəlif ali təhsil müəssisələrindən (BDU, BSU, AMİ, ADU, ADPU)  və xarici ölkə universitetlərindən (Türkiyə, Özbəkistan, Moldova, Başqırdıstan) yüz on  beş məqalə və tezis daxil olmuşdur. Məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərindədir.  Konfrans materialları sonda toplu halında nəşr olunacaqdır.
Tədbirlər haqqında materiallar Sumqayıt Dövlət Universitetinin www.sdu.az saytında yerləşdirilmişdir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az