Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin illik hesabat seçki konfransı
Tələbə Elmi Cəmiyyətinin illik hesabat seçki konfransı

Dekabrın 3-də  Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin  illik hesabat seçki konfransı  öz işinə başladı.
Konfransı rektor Elxan Hüseynov açaraq, Tələbə Elmi Cəmiyyətinin son bir ildəki fəaliyyətini yüksək qiymətləndirdi və bildirdi ki, müasir dövrdə  inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu gün təhsilimizin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və  qayğısının davamıdır. 
Professor vurğuladı ki, dahi rəhbər  təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma¬mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkmişdir. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin inkişafı üçün geniş imkanlar yaradılır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırır. Sevindirici haldır ki, bu da tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxartmaq və onlarda elmə həvəs və maraq oyatmasına bir stimuldur.
Rektor qeyd etdi ki, dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı 22 May 2009-cu il tarixli 295 nömrəli sərancamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” tədbirlər planına cavab olaraq bu istiqamətdə univer¬si¬te¬timizdə müvafiq işlər görülür. Tələbə Elmi Cəmiyyəti tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq məqsədilə onlarla qarşılıqlı iş qurur, bu gün TEC 656-dan çox tələbə¬ni öz ətrafında  birləşdirir. Fakültələr arasında keçirilən  seminarlarda dinlənilmiş 78 elmi məruzə “Seminar toplusu” nda çap olunmuşdur. Bu seminarlarda fərqlənən tələbələr respublikadan kənarda Beynəlxalq konfraslarda iştirak etmişlər. Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi Texniki və riyaziyyat elmləri üzrə Beynəlxalq Gənclər Forumuna universitetimizin 22 tələbəsinin elmi məqalələri qəbul olunmuşdur. 3 nəfər tələbəmiz professor Cavanşir Məmmədovun rəhbərliyi ilə bu konfransda iştirak etmiş və  uğurlu çıxışlarına görə sertifakata layiq görülmüşlər.
Rektor çıxışında  Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı barədə məlumat verdi və  bildirdi ki, Assosiasiyaya Azərbaycan tərəfdən həmsədr  olmaqla  universitetimiz ən böyük nailiyyətə  imza atmışdı.
Universitetimizlə  Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında və bir çox universitetlərlə əməkdaşlıq müqaviləsi imzalandı. Mən inanıram ki, bu əməkdaşlığımız siz tələbələrin gələcək perspektivləri üçün çox uğurlu olacaq və  tələbələrin akademik mobilliyinin inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcək. Əminliklə söyləyə bilərəm ki, tələbələrimiz Avropa təhsil məkanında öz yerlərini tutacaq və universitetimizi layiqincə təmsil edəcəklər.
Seminarda çıxış edən Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov  diqqətə çatdırdı ki, bu seminarları keçirməkdə əsas məqsədimiz elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və istiqamətləndirməkdir.   Bu günkü uğurumuz keçirdiyimiz silsilə seminarların nəticəsidir. 
TEC-in elmi rəhbəri, dosent İslam Paşayev TEC-in fəaliyyətinin uğurlarından bəhs etdi və bildirdi ki, bu uğurumuz universitet rəhbərliyinin gərgin əməyinin nəticəsidir.
Konfransda Filologiya fakültəsi üzrə TEC rəhbəri Afət Rəfiyeva, Mühəndislik fakültəsi üzrə TEC rəhbəri Şəlalə Cəfərova, Nurlan Səmədli (TEC-Şura sədri), Fizika və Elektroenergetika  fakültəsindən  Əlizadə  İlhamə, Riyaziyyat fakültəsindən İbrahimov Əkbər, Kimya və biologiya fakültəsindən Rəhimova Könül, Mühəndislik fakültəsindən Suvarova Sevda, Tarix və coğrafiya fakültəsindən İsmayılov Nicat, İqtisadiyyat və idarəetmə fakültəsindən Hüseynzadə Gülşən çıxış etdilər.
Konfrans Universitetin TEC Şurasına üzvlərin seçilməsi ilə yekunlaşdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az