Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Əsrlərdən gələn sənətimiz” adlı layihə çərçivəsində sərgi
“Əsrlərdən gələn sənətimiz” adlı layihə çərçivəsində sərgi

 Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ENACTUS Azərbaycan ofisi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində Royal oteldə sərgi keçirdi. Sərgidə “Enaktus SDU” komandasının nümayədələri Samirə Məmmədova, Elnur Şərifov, Fərid Umudlu və Arif Səmədov iştirak etdilər.
“Layihənin əsas məqsədi - itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, regionlarda yaşayan gənclərə və ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdır. Sərgidə layihə rəhbəri Nəcimə Əliyeva, Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova  qeyd etdilər ki, sərgi olduqca maraqlı və uğurlu bir layihənin tərkib hissəsidir. Layihənin prespektivi kimi gələcəkdə digər regionların sənətkarlarını və gənclərini  bu işə cəlb etmək və bunun vasitəsilə kiçik və orta sahibkarlığın inkişafına töhvə veriləcək.
Sərgidə dahi Azərbaycan şairi Nizami Gəncəvinin, Şəki şəhərinin görkəmli yerlərinin xalça üzərində təsviri, qədim geyimlərimiz, baş örtüklərimiz və s. sənət nümumələri nümayiş olundu. 
Qeyd edək ki, layihədə 12 bədii sənətkar, universitet tələbələri və müəllimləri  iştirak etmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az