Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət qulluğuna qəbulla bağlı tələbələrlə görüş keçirildi
Dövlət qulluğuna qəbulla bağlı tələbələrlə görüş keçirildi

Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbənin məsləhətçisi Anar Mirzəyev bu il məzun olacaq bakalavr və magistrlərlə görüş keçirdilər.
Tədbiri Humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov  açaraq universitetin rəhbərliyi və pofessor-müəllim heyəti adından qonaqları salamladı. Çıxışında xüsusi olaraq vurğuladı ki, cənab Prezident İlham Əliyevin  diqqət və qayğısı nəticəsində ölkəmizdə  işsizliyin aradan qaldırılması, gənclərin işlə təmin olunması istiqamətində  uğurlu addımlar atılmışdır. Bu  uğurlu siyasətin davamı olaraq  cənab Prezidentimiz  2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir.   Proqramın əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədi ilə Sumqayıt Dövlət Universiteti də  sürətli  islahatlar aparır.
Mən hesab edirəm ki, belə tədbirlərin   keçirilməsi tələbələrimizin həyatında çox mühüm hadisədir. Görüşün  əsas məqsədi builki bakalavr və magistrləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarətdir.
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn tələbələrə Komissiyanın yaranması, məqsədi və fəaliyyəti, qarşısında duran vəzifələri, gördüyü işlər, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, Komissiyanın əldə etdiyi nailiyyətlər, şəffaflıq və açıq müsabiqəyə əsaslanan dövlət qulluğuna qəbul sistemi, dövlət qulluğunda mövcud olan standartlar barədə məlumat verdi. Bu ilki məzunların Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 71 dövlət orqanı üzrə 864 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqələrdə iştirak etmə imkanlarını açıqladı.
Daha sonra çıxış edən Anar Mirzəyev  dövlət qulluğuna qəbulun şərtləri, “onlayn” qeydiyyatın aparılması, vəzifə seçimi zamanı hansı məsələlərə diqqət yetirilməsi, ixtisas uyğunluğu və tələbi, vəzifə seçərkən vəzifəyə qoyulan staj tələbi, sənədlərin hansı formada təqdim olunması barədə məlumat verdi.
Tədbirdə gələcək məzunlara “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, “Dövlət qulluğuna qəbul zamanı düzgün vəzifə seçimini necə etməli?” mövzularını əhatə edən bukletlər təqdim olundu.
Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az