Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarix və coğrafiya fakültəsində intellektual bilik yarışı keçirildi
Tarix və coğrafiya fakültəsində intellektual bilik yarışı keçirildi

Noyabrın 7-də Tarix və coğrafiya fakültəsində Dövlət Bayrağı gününə həsr olunmuş "Bir daha yüksələn bayraq bir daha enməz" adlı intellektual bilik yarışı keçirildi.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev "Dövlət Bayrağı günü"nün tarixi, mahiyyəti və əhəmiyyətindən bəhs etdi. O, bildirdi ki, dövlət bayramlarında belə yarış və tədbirlərin keçirilməsi həm tariximizin öyrənilməsi, həm də tələbələrin dünyagörüşünün artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri İbrahim Zeynallı fəaliyyətləri haqqında ətraflı məlumat verdi.
Sonra yarışa start verildi. Beş komandanın biliklərini sınadığı yarışın qalibi "Xəzər" komandası oldu. Qaliblər diplomlarla təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az