Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bayrağımız qürurumuzdur
Bayrağımız qürurumuzdur

Azərbaycan xalqının tarixi yaddaşında əbədi həkk olunmuş Dövlət Bayrağı günü ilə əlaqədar olaraq noyabrın 4-də univeritetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbərinin təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbiri  Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov açaraq qeyd etdi ki, bütün bayramları yüksək əhval- ruhiyə ilə qeyd etmək doğma universitetimizdə artıq ənənə halı alıb. Bu bayramlar içərisində Dövlət Bayrağı günü xüsusi əhəmiyyət daşıyır. Çünki üçrəngli bayrağımız dövlətimizə, xalqımıza olan ülvi sevginin və sədaqətin rəmzidir.
Azərbaycanın müasir bayrağının yaranma tarixi, ona verilən dəyər və 9 noyabr tarixinin “Dövlət Bayrağı günü” kimi qeyd edilməsi barədə məlumat verən Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov bildirdi ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva qeyd etdi ki, Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, dövlətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Və hər bir vətəndaşın öz dövlətinin bayrağını, atributunu sevmək, onlara hörmətlə yanaşmaq  borcudur. Üç- rəngli bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı, həm də bizim milli qürurumuz, milli kimliyimizdir.
Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən dekan Aynurə Yəhyayeva  tələbələrə öz təşəkkürünü bildirdi və müasir gənclərimizin dövlətimizə sədaqətini xüsusi qiymətləndirdi.
Fakültə üzrə YAP-ın sədri Püstə Quliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələri Eldar Müzəffərov, Adil Orucov və Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Məhəbbət Hüseynov bu şanlı günün tarixi əhəmiyyətindən bəhs edərək diqqətə çatdırdılar ki, Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bayrağı bayraq edən onun üzərindəki şəhid qanıdır.
Biz də Sumqayıt Dövlət Universitetinin savadlı, ürəkli, igid gəncləri olaraq inanırıq ki, bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Mərasimdə Dövlət bayrağımıza həsr olunmuş videoçarx izlənildi.
Tədbir “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az