Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının “Ana kitabımız-Dədə Qorqud” məqalələr toplusu nəşr olunub
Universitetimizin Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının “Ana kitabımız-Dədə Qorqud” məqalələr toplusu nəşr olunub

Məqalələr toplusu “Kitabi Dədə Qorqud”un alman dilinə tərcümə olunması və çap edilməsinin 200 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq hazırlanmışdır.
Kitaba Folklorşünaslıq elmi-tədqiqat laboratoriyası əməkdaşlarının hazırladıqları elmi məqalələr daxil edilmişdir. Müxtəlif mövzulu bu məqalələr tarixən ifadan çıxıb abidəyə çevrilmiş eposun tarixi-mədəni dəyərləri, ədəbi-etik  motivləri, onomasttikası və s. Haqqında fikirlər ümumiləşdirilmişdir.
Toplu bakalavr  və magistratura pillələrində təhsil alan tələbələr, doktorant və dissertantlar, eləcə də dil və ədəbiyyat fənlərini tədris edən müəllimlər üçün də faydalı olacaqdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az