Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirildi
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin  Böyük akt zalında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminə baxış keçirildi.
Universitetin rəhbərliyinin,  profesor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən təqdimatda bildirildi ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunmuş layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin nümayişindən əvvəl çıxış edən rektor Elxan Hüseynov bildirdi ki, bu il bütün dünya faşizm üzərində Qələbənin 70 illik yubileyini qeyd edir. Azərbaycan faşizm üzərində tarixi qələbədə xüsusi fədakarlıq göstərmişdir. Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 700 mindən çox oğul və qızını yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə  130-a qədər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi Azərbaycanın payına düşmüşdür. 
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib və onlara hərtərəfli qayğı ilə yanaşılıb. Məhz Ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarıldı və  1994-cü ildən başlayaraq Azərbaycanda  Qələbə günü qeyd olunmağa başladı. Ulu öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin  ağır və çətin sınaqlarından keçmiş veteranların  qayğılarına həssaslıqla yanaşır.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayan rektor bildirdi ki, bu film universitetin fakültələrində tələbələr arasında da nümayiş olunmalıdır. 
Arzu Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində sənədli filmin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində videomateriallar, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Tarixi keçmişimizin şanlı səhifəsini gələcək nəslin yaddaşına köçürdüyünə görə Arzu Əliyevaya təşəkkür edirik.   
Sonda film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az