Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü və 17 Noyabr − Milli Dirçəliş Günü qeyd olundu
SDU-da Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü və 17 Noyabr − Milli Dirçəliş Günü qeyd olundu
Noyabr ayı Azərbaycan Respublikasının dövlətçilik tarixi üçün böyük əhəmiyyət daşıyan aydır. Müstəqillik tariximizin əlamətdar günlərindən olan 9 noyabr - Dövlət Bayrağı Günü,12 Noyabr Konstitusiya Günü və 17 Noyabr -Milli Dirçəliş günü münasibətilə noyabrın 14-də Sumqayıt Dövlət Universitetinin Böyük akt zalında tədbir keçirildi. Qeyd edək ki, bu istiqamətdə universitetdə silsilə tədbirlər keçirilir. Tələbələrə vətənə, bayrağa, konstitusiyamıza hörmət hissini yüksəltmək məqsədilə fakültələrdə bu tarixi günlərə həsr olunan tədbir, dəyirmi masalar təşkil edilir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını təbrik etdi və ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən, onun üçrəngli bayrağımıza verdiyi dəyərdən, Konstitusiya Gününün müstəqil dövlətimizin varlığını əks etdirən mühüm sənəd olduğundan, ölkədə aparılan siyasi və hüquqi islahatlarda bu vacib sənədin mühüm əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olmuşdur. AXC-nin süqutundan 70 il sonra, 1990-cı ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.Yenidən bərpa edilmiş üçrəngli bayrağımız haqqında Prezident cənab İlham Əliyevin bir sıra dövlət sənədləri: Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncamlar dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir. Rektor eyni zamanda ümummilli liderin rəhbərliyi ilə ərsəyə gələn konstitusiyamızın əsas prinsiplərinin azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablandığını diqqətə çatdırdı. Milli Dirçəliş Gününün tarixi əhəmiyyətini qeyd etməklə, dövlətçiliyimiz üçün əsl dirçəlişin Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə əldə edildiyini bildirdi. Əminliklə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalmış torpaqlarımız tezliklə azad olunacaq və Azərbaycan Bayrağı Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq.
Noyabr ayının xalqımızın tarixində onun varlığını bildirən şərəfli günlərlə zəngin olduğunu qeyd edən rektor bir daha kollektivi əlamətdar tarixi günlər münasibətilə təbrik etdi. Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Osman Hacıyev çıxış edərək, Dövlət Bayrağı Gününün, Konstitusiya Gününün və Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda tələbələrin hazırladıqları “Müqəddəs üçlük” adlı tamaşa nümayiş olundu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az