Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ekoloq tələbələr “Təhlükəli tullantıların idarə olunması üzrə milli mərkəz”ə ekskursiya etdilər
Ekoloq tələbələr “Təhlükəli tullantıların idarə olunması üzrə milli mərkəz”ə ekskursiya etdilər
Noyabrın 1-də Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə mühəndis ekoloq ixtisasının I-IV kurs tələbələri “Təhlükəli tullantıların idarə olunması üzrə milli mərkəz”ə (Tullantılar Poliqonuna) orada gedən proseslərlə yaxından tanış olmaq məqsədi ilə ekskursiya etdilər.
“Təhlükəli tullantıların idarə olunması üzrə milli mərkəz”in direktoru Çingiz Mehdiyev və onun tabeliyində olan səlahiyyətli mühəndislərin rəhbərliyi ilə professor –müəllim heyəti və Ekoloq tələbələrə mərkəzin yaranması zərurətindən, tarixindən, burada olan hücrələrin materialları və hazırlanması qaydalarından, təhlükəli tullantıların klassifikasiyasından, bir sözlə poliqonun nə dərəcədə əhəmiyyətli olması haqqında geniş məlumat verdilər.
Bildirdilər ki, “Təhlükəli Tullantılar” MMC 2004-ci ildə Sumqayıt şəhəri ərazisində formalaşan civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsis edilmişdir. Öz fəaliyyət istiqamətini təkmilləşdirən müəssisə Respublika ərazisində formalaşan,ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiya edilməsi işlərini həyata keçirməkdədir. Müəssisədə təhlükəli tullantılar sağlamlığın mühafizəsi, əmək təhlükəsizliyi qaydaları, ətraf mühitin yüksək səviyyədə qorunması şərtləri nəzərə alınaraq xüsusi hücrələrdə zərərsizləşdirilir. Hücrələrin torpaqla və ətraf mühitlə heç bir təması olmaması məqsədi ilə yüksək keyfiyyətli müasir geomembran (polimer) və geotekstil materiallar ilə tam izolyasiya edilmişdir.“Təhlükəli Tullantılar”MMC hal-hazırda partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar (neft,civə, kimyəvi maddələr və s.ilə),istifadə tarixi keçmiş qida məhsulları, tibbi tullantılar və digər bu yönümlü tullantıları qəbul edərək zərərsizləşdirir. Hücrələrin təbiətə təsirinin müəyyən edilməsi məqsədi ilə mütəmadi olaraq poliqon ərazisində kompleks ekoloji monitorinqlər aparılır. Qeyd etmək istərdik ki, yuxarıda sadalanan təhlükəli tullantıların kənar təsirlərə məruz qalmadan, təhlükəsiz şəkildə poliqona daşınması xüsusi növ nəqliyyat vasitələri ilə həyata keçirilir. “Təhlükəli Tullantılar” ın hal-hazırkı fəaliyyətində prioritet istiqamət Azərbaycan Respublikası ərazisində mövcud olan bu kimi təhlükəli tullantıları müəssisəyə cəlb etməklə ətraf mühitə və təbiətə zərərlərinin təsirini azaltmaqdır.
Tələbələrin bütün sualları cavablandırıldı. Tələbələr nəzəri biliklərini təcrübədə tətbiq etdiklərinə görə universitetin rektoru professor Elxan Hüseynov başda olmaqla, fakültənin dekanı dosent Mahal Muradova və Ekologiya kafedrasının əməkdaşlarına öz dərin təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az