Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirildi
“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” çərçivəsində “Polisə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, qonaqları salamladı, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı. Prorektor insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğunu xüsusi vurğuladı. Bildirdi ki, bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyədədir və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır.
"Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev DİN-nin insan alverinə qarşı mübarizənin vəziyyəti, bu cinayətlərin qarşısının alınması sahəsində profilaktik və maarifləndirmə tədbirlərinin geniş aspektdə həyata keçirilməsi haqqında danışdı. İnsan alveri və digər cinayətlərə qarşı mübarizədə, cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması və profilaktikasında geniş ictimaiyyətin rolundan bəhs edərək, pedoqoji və tələbə heyətinə insan alverinin tarixi, insanın köləliyə xas tərzdə, əşya kimi alınıb-satılması və statistik rəqəmlər barədə məlumat verdi.
Sonra insan alverinə dair videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az