Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz ERASMUS+EQAC layihəsi çərçivəsində təlimdə iştirak etdilər
Nümayəndələrimiz ERASMUS+EQAC layihəsi çərçivəsində təlimdə iştirak etdilər
Oktyabrın 31-də Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində qrup üzrə təlim keçirildi. Qrupa Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Turizm və Menecment Universiteti daxil idi.
Təlimin məqsədini Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə 10 standartı QPR sisteminə tətbiq etmək, eləcə də menecerlərin görüşü təşkil edirdi. Təlim Mrs. Laura Senkeviciute Dovilte (Litva), Mr. Donatas Bertasius (Litva) tərəfindən aparıldı.
Məlumat üçün Keyfiyyət təminatı üzrə Avropa ali təhsil məkanına tətbiq olunan 10 standartı nəzərinizə çatdırırıq. Bu standartlar Boloniya prosesinin tərkib hissəsidir. Azərbaycan Respublikası 2005-ci ildə Boloniya prosesinə qoşulmuşdur.
Standartlar bunlardır:
1.Keyfiyyət təminatı sistemi
2.Proqramların tərtib olunması
3.Tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə
4.Tələbələrin qəbulu
5.Müəllim heyətinə dəstək
6.Təhsil resursları və tələbələrə dəstək
7. Məlumatın idarə olunması
8.İctimaiyyət üçün informasiya
9.Proqramların daimi monitorinqi
10.Dövri olaraq xarici keyfiyyət təminatı.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş laborantı Nihad Hüseynov iştirak etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az