Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da antiplagiat sisteminin imkanlarına dair təlim təşkil olundu
SDU-da antiplagiat sisteminin imkanlarına dair təlim təşkil olundu
Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetində elmi işlərin antiplagiat proqramı vasitəsilə yoxlanılması metodologiyası üzrə təlim təşkil olundu.
Plagiat.pl şirkətinin Biznesin inkişafı bölməsinin direktoru Aygül Səmədova tərəfindən aparılan təlimdə professor-müəllim heyəti iştirak etdi.
Tədbirdə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının bərqərar olmasında mühüm rol oynayan prioritet istiqamətlərdəndir. Prorektor universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə SDU və Plagiat.pl şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs etdi. Bildirdi ki, plagiatın kompleks həlli təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Plagiat.pl şirkətinin Biznesin inkişafı bölməsinin direktoru Aygül Səmədova iştirakçıları StrikePlagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə məlumatlandırdı. Aygül Səmədova təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri və interfeysin daha rahat və intuitiv olması ətrafında geniş təqdimatla çıxış etdi. O, elmi işlərdə plagiatın aşkar olunmasında sistemlə yanaşı, ekspertlərin rəyinin də mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırdı. “StrikePlagiarism” sistemindən istənilən dildə istifadənin mümkün olduğunu bildirən təlimçi proqramın iş prinsipi və üstünlükləri haqqında geniş məlumat verdi.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az