Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-nəzəri konfrans öz işinə başladı
SDU-da Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-nəzəri konfrans öz işinə başladı
Bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 28 ili tamam olur. Bu illər ərzində tarixin çətin sınaqlarından keçən Azərbaycan zəngin inkişaf yolu qət edib. 18 oktyabr - Müstəqillik Günü hər il ölkəmizdə təntənə ilə qeyd olunur.Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-nəzəri konfrans keçirildi.
Azərbaycanın Dövlət Himninin səsəndirilməsindən sonra tədbir açıq elan olundu.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov “18 Oktyabr – Müstəqillik Günü” münasibətilə konfrans iştirakçılarını təbrik etdi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Rusiya tərəfdən həmsədri UDNTU-nun rektoru akademik Ramil Baxtizinin 18 oktyabr - Müstəqillik Günü münasibətilə SDU-nun kollektivinə ünvanladığı təbrik məktubunu oxudu. Rektor bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi, dövlət müstəqilliyimizin keçdiyi yoldan danışdı. Bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söylədi. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Azərbaycan Respublikasını dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sona Məhərəmova “AXC- Müsavat Hakimiyyətinin səriştəsizliyi və Azərbaycan torpaqlarının işğalı”,Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Dövlətçiliyin qorunması yolunda həyata keçirilən tədbirlər”, İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva “Azərbaycanın dövlət müstəqilliyi və iqtisadiyyatın inkişaf yolları”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elnarə Əhmədova “Müstəqil Azərbaycan Respublikasında elm, təhsil və mədəniyyətin inkişafı” mövzularında məruzələrlə çıxış edərək, Azərbaycanın müstəqillik tarixi barədə geniş və ətraflı məlumat verərək, Dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını vurğuladılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az