Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Türkiyə universitetləri ilə əməkdaşlıq edir
Sumqayıt Dövlət Universiteti Türkiyə universitetləri ilə əməkdaşlıq edir
SDU beynəlxalq proqramlar çərçivəsində qardaş Türkiyə universitetləri ilə 2015-ci ildən əməkdaşlıq edərək, beynəxalq əlaqələrini ugurla davam etdirir. Belə proqramlardan biri Mövlanə Mübadilə proqramıdır. Bu illər ərzində universitetimizdən Türkiyə universitetlərinə bir çox müəllim dəvət almış və proqram tələblərini uğurla yerinə yetirmişlər. Bu təcrubənin davamı olaraq 2019-2020-ci tədris ili üçün SDU-nun 4 müəllimi TC YÖK tərəfindən Adnan Menderes Universitetinə seçilmiş və 2 həftəlik mübadilədə iştirak etmək hüququ qazanmışlar: Tarix və coğrafiya fakültəsi Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Xasayev, İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva, həmin fakültənin Maliyyə və mühasibatlıq uçotu kafedrasının asistenti Dilarə Əmiraslanova və Filologiya fakültəsi Psixologiya və pedaqogika kafedrasının müəllimi Südabə Məmmədova. Ezamiyyə xərcləri proqram çərçivəsində TC tərəfindən ödənilir.
Eyni zamanda proqram cərcivəsində Türkiyə universitetlərindən də SDU-ya dəvət almış nümayəndələr barəsində məlumat vermək istərdik .
Bülent Ecevit Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının dosenti Gül Banu Duman universitetimizə iki həftəlik mühazirə oxumaq üçün dəvət almışdır. Bununla yanaşı, həmin universitetin II kurs magistrantı Yasimin Kayabaş magistr işinin tətqiqatı üçün SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasına dəvət almışdır. Hazırda universitetimizdə olan Yasimin Kayabaş Qeyri-maddi mədəni irsimiz olan “Keçəl obrazının müqayisəli təhlili” mövzusunda olan tətqiqat işinin materiallarının toplanması üzərində işə başlamışdır. Proqramın tələblərinə görə, araşdırmaçıya hər iki tərəfdən elmi rəhbərlər təyin olunmuşdur. SDU tərəfindən elmi rəhbər kafedranın dosenti Nail Qurbanov mövzunun maraqlı seçim olduğunu və bununla bağlı Azərbaycan folklor mədəniyyətindən də istifadə olunacağını bildirmışdir.
Daha bir uğurlu seçim SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Rövşən Məmmədovun Bülent Ecevit Universitetinə dəvət almasıdır. Müəllimimiz 1(bir) il müddətində adı çəkilən universitetdə dərs dəyəcəkdir. Onu da bildirək ki, bütün göstərilən əməkdaşların maliyyə xərci Türkiyə tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, SDU Türkiyə universitetləri ilə təkcə Mövlanə proqramı ilə deyil, həmçinin ERASMUS+ və digər beynəlxalq konfranslar çərçivəsində də əməkdaşlıq edir. Bunlardan Qazi, Sakarya, Adnan Menderes və Bülent Ecevit Universitetləri ilə daha sıx əməkdaşlıq həyata keçirir. Dostluğumuzun uğurlu davamı olaraq universitetimizin rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edirik.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az