Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsi yeni laboratoriyalar və müasir texniki avadanlıqlarla təchiz olunub
Mühəndislik fakültəsi yeni laboratoriyalar və müasir texniki avadanlıqlarla təchiz olunub
2019-2020-ci tədris ilinin başlanması münasibətilə bir çox fakültələrdə yeni tədris laboratoriyaları yaradılıb. Mühəndislik fakültəsində yaradılan yeni laboratoriyalar Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin peşəkar olması üçün mühüm rol oynayacaq. Fakütənin tələbələri ilə bərabər, Elektroenergetika fakültəsində Energetika mühəndisliyi, Elektronikanın əsasları, Mikrosxematexnika fənlərindən laboratoriya işlərində də istifadə olunacaq.
Ötən tədris ilindən başlayaraq, layihə çərçivəsində mühüm işlər görülmüş, fakültəyə 20 ədədə yaxın yeni cihazlar alınmışdır. Laboratoriya avadanlıqları Rusiyanın Çelyabinsk şəhərindən gətirilib. Cihazların əsas element bazası Avropa istehsalıdır. Kimya-neft sənayəsində istifadə olunan nəzarət ölçmə cihazlarının, avtomatika vasitələrin istifadə olunma qaydalarının öyrənilməsi üçün müasir avadanlıqlar Elektronikanın əsasları, Mikrosxematexnika, Mikroprosessorlar, Mikroprosessorların idarə edilməsi sistemlərinin element bazalarının tətbiqi və öyrənilməsi, Rəqəmsal texnika fənnindən laboratoriya işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bundan əlavə, universitetimiz müasir və yüksək texniki parametrlərə malik texniki avadanlıqlarla təchiz olunub. Bu il Mühəndislik fakültəsinə 25-ə yaxın yeni kompüterlər alınıb. 2019-2020-ci tədris ilində tələbələrimiz müasir laboratoriyalarda oxuduqları ixtisasda praktiki işləri aparacaqlar.
Qeyd edək ki, sentyabrın 14-dən 16-dək texniki təlimat kitabı əsasında müəllimlər və laborantlar üçün təlimlər keçirilib. Bu da laboratoriya işlərinin icra olunmasında nailiyyətlərimizə uğurlu bir yoldur.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az