Əsas səhifə | Xəbərlər | Yeni dərs vəsaiti işıq üzü gördü
Yeni dərs vəsaiti işıq üzü gördü
Bu yaxınlarda Tarix və coğrafiya fakültəsinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının dosenti Zoya Abdullayeva, baş müəllimlər: Məsud Alməmmədli, Allahverdi Vəliyevin müəllifliyi ilə “Dünya ölkələri: məlumat sorğu kitabı” adlı dərs vəsaiti işıq üzü görmüşdür.
Dərs vəsaiti Coğrafiya müəllimliyi ixtisasında tədris olunan Dünyanın iqtisadi və sosial coğrafiyası fənninin proqramı əsasında tərtib olunmuşdur. Vəsait Azərbaycan Respublikasının ali məktəblərində coğrafiya ixtisası üzrə təhsil alan tələbə və magistrantlar üçün nəzərdə tutulmuşdur.Vəsaitdə dünya ölkələrinin əsas coğrafi xüsusiyyətləri son dövrlərin statistik rəqəmləri ilə əks etdirilmişdir. Dünya ölkələrinin coğrafi mövqeyi, ərazi üzrə diferensiyası, əhalisi (təbii artımı, orta ömür müddəti, urbanizasiyası), iqtisadi inkişaf səviyyələrinə görə diferensiasiyası, beynəlxalq təşkilatlar, ekologiya-ətraf mühit, qaçqınlar və məcburi köçkünlərlə bağlı məlumatlar verilmişdir. Dərs vəsaiti regionşunaslıq, beynəlxalq münasibətlər, şərqşünaslıq fakültələrinin tələbələri, doktorantlar, orta ümumtəhsil məktəblərinin coğrafiya müəllimləri və geniş oxucu kütləsi üçün də faydalı ola bilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az