Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir
Sumqayıt Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə qəbul olunmuş tələbələrin sənəd qəbulu davam edir. 7 fakültə üzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün universitetdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Dekan, dekan müavinləri, tütorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə həmçinin universitetin könüllü tələbələri də dəstək verirlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin Kollegiyasının məlum qərarına əsasən ödənişli əsaslarla universitetə qəbul olunan tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılır. Sənədlərin qəbulu prosesi avqustun 15-dən 27-dək hər gün saat 9:00-17:00–dək universitetin əsas tədris binasının 1-ci mərtəbəsində keçirilir.
SDU rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri və onların valideynlərini təbrik edir, təhsildə uğurlar arzulayır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az