Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində tələbələrin qeydiyyatı başladı
Sumqayıt Dövlət Universitetində tələbələrin qeydiyyatı başladı
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi başa çatdı, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Avqustun 15-dən 27-dək isə bütün ali məktəblərdə tələbələrin qeydiyyata alınması nəzərdə tutulur. Qeyd edək ki, ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sumqayıt Dövlət Universitetində I kursa qəbul olunan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Burada I kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə nəzarət həyat keçirir. Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən universitetin portalında yerləşdirilib. Həmçinin universitetdə fəaliyyət göstərən fakültə dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Yaradılan şəraitə görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər. SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan gəncləri və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır.
Tələbə adınız mübarək!
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az