Əsas səhifə | Xəbərlər | Dağıstan Dövlət Universitetinin rektoru Yay məktəbinin uğurla başa çatdığına görə minnətdarlığını bildirib
Dağıstan Dövlət Universitetinin rektoru Yay məktəbinin uğurla başa çatdığına görə minnətdarlığını bildirib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən 21-dək Sumqayıt Dövlət Universitetində (SDU) "Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbi işini uğurla başa çatdığına görə Dağıstan Dövlət Universitetinin rektoru M.X.Rabadanov SDU-nun rektoru E.B.Hüseynova təşəkkür məktubu ünvanladı.
Məktubda qeyd edilib ki, universitetimizi “Odlar yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbində iştirak etmək üçün dəvət etdiyinizə görə Sizə dərin və səmimi minnətdarlığımı bildirirəm.Bu formatda tədbirlər, sözsüz ki, təhsil, akademik mobillik və yeni tərəfdaşlıq münasibətlərinin qurulması sahəsində Rusiya və Azərbaycanın beynəlxalq əməkdaşlığının inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ümidvaram ki, bizim çox yüksək qiymətləndirdiyimiz bu isti münasibət gələcəkdə həm dövlətlərarası, həm də universitetlərarası əməkdaşlıq səviyyəsində daha da möhkəmlənəcək.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az